Keçid linkləri

2017, 28 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:14

Güclü küləyə və qara görə, Astaranın şəhərətrafı ərazilərinin və kəndlərinin işıqsız qaldığı bildirilir.

Astara Rayon İcra Hakimiyyəti xəbəri təsdiqləyir.

Rayonun fövqəladə hallar üzrə komissiyasının sədri İlqar Malıyev Report-a rayonun 80 faizinin hazırda işıqsız qaldığını bildirib.

Buna da bax:​ Dağətəyi kəndlərin odun problemi vardı, qar yağdı, işıq da söndü

“Yüksək gərginlikli 35 min kilovatlıq Lovain elektrik ötürücü xəttində qəza baş verib. Bununla paralel olaraq dağlıq, dağətəyi ərazilərdə yağıntının miqdarının çox olması və küləklə müşahidə olunması rabitə, elektrik təsərrüfatına ciddi ziyan vurub. Dirəklər aşıb, naqillər yararsız hala düşüb. Transformatorlarda qısaqapanmalar baş verib”, o, deyib.

İ.Malıyev briqadaların qəza yerlərində çalışdığını qeyd edib.

“Hazırda qəzaların bir çoxu aradan qaldırılıb. Lovain xəttində təmir-bərpa işlərinə başlanılıb. Görülən tədbirlər sayəsində enerjidən əhalinin 20-30 faizinə elektrik enerjisinin verilişi bərpa edilib. Günün sonuna qədər qəzaların tam aradan qaldırılmasından ötrü tədbirlər görülür”…

Buna da bax:​ Lerik rayonunda qar uçqunu olub

Onun deməsinə görə, bəzi kəndlərlə əlaqə tamamilə kəsilib. İki ərazi vahidliyi üzrə 12 kəndi əhatə edən Hamuşam yolu da, hələlik, açılmayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG