Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 05:50

İmtahan ödənişinin məbləği 15 günə bilinəcək


İmtahan (arxiv fotosu).

Tarif Şurası 15 gün ərzində təhsil müəssislərinə qəbul imtahanlarında iştirak etməkdən ötrü ödənişin məbləğini müəyyən etməlidir.

Prezident İlham Əliyev fevralın 10-da bununla bağlı sərəncam imzalayıb.

Buna da bax:​ Tələbə qəbuluna yenilik edilib

Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı bəzi məsələləri əhatə edən sərəncam qəbul imtahanları ilə bağlıdır.

Tarif Şurası orta ixtisas, ali təhsil müəssisələrinə və Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə qəbul ilə bağlı imtahanlarda ödənişin məbləğini müəyyən etməlidir.

Buna da bax:​ Abituriyentə ikinci şans verilir

Bundan başqa, dövlət qulluğu üzrə test imtahanlarında iştirak etmək də ödənişli olacaq. Əvvəllər Azərbaycanda bütün bu sadalanan imtahanların heç biri ödənişli olmayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG