Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:57

10 mindən çox şəxsdə talassemiya aşkarlanıb


Talassemiya xəstəsi (arxiv fotosu)

Ölkədə ailə qurmaq istəyənlərdən 238509 nəfər müayinədən keçib.

Xəbəri Səhiyyə nazirliyi yayıb.

Buna da bax:​ Azərbaycanda qanında HİV tapılmış cütlüklər nə edirlər?

Xəbərdə qeyd edilir ki, müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunub. Ancaq ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlıq durumunun qənaətbəxş olduğu bildirilir: “10501 nəfərdə talassemiya daşıyıcılığı, 935 nəfərdə sifilis, 166 nəfərdə isə AIDS aşkar olunub” - deyə açıqlamada qeyd edilir.

"Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqindən sonra ölkədə nikaha girən şəxslər müayinə edilir.

Buna da bax: Talassemiyalı xəstələrin sayı artır

Bu qaydanın tətbiqinə 2015-ci il iyunun 1-dən başlanıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG