Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:51

'Qırmızı Xaç' Əfqanıstanda fəaliyyətini dayandırdı


Əfqanıstana yardım.

Beynəlxalq Qırmızı Xaç Komitəsi Əfqanıstanda fəaliyyətini dayandırmalı olub.

Səbəb komitə işçilərinin qətlidir. Silahlı şəxslər ölkənin şimalında «Qırmızı Xaç»ın 6 işçisini öldürüblər, 2 nəfər itkin düşüb. Onlar qar uçqunu altında qalan ucqar bölgələrə yardım aparırmışlar.

Komitə əməkdaşlarına «İslam Dövləti» (İŞİD) yaraqlılarının hücum etdiyi güman olunur.

Əfqanıstan «Qırmızı Xaç»ın geniş proqramla fəaliyyət göstərdiyi 4-cü böyük ölkədir. Təşkilatın əməliyyat direktoru Dominik Stillhart onlara son 20 ildə belə hücum edilmədiyini, Əfqanıstanda humanitar durumun son həddə çatdığını söyləyib.

«Qırmızı Xaç» Əfqanıstanda fəaliyyət göstərən çox az humanitar təşkilatlardan idi.

XS
SM
MD
LG