Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 12:37

Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş bankların rəhbər şəxslərinə ittihamlar irəli sürür.

Fond bildirir ki, lisenziyaları geri alınmış, məhkəmə qərarları əsasında müflis elan edilmiş bankların idarəetməsini həyata keçirməyə başladıqdan bir müddət sonra rəhbər vəzifələrdə işləmiş bəzi şəxslərin cinayət əməlləri törətdiklərini aşkar edib.

Fondun açıqlamasına görə, ləğvetmə prosesinə qədər onlar vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və dələduzluq ediblər: «Həmin şəxslər bankın müştərilərini onlara məxsus əmlaklarını sataraq əldə olunmuş vəsaiti kredit borcunun bağlanılmasına yönəltməyiblər. Satışdan əldə olunmuş vəsaitin çox cüzi hissəsi kreditlərin bağlanmasına yönəldilib. Bununla da həmin müştəriləri pis vəziyyətdə qoyublar. Banka gəlib kredit almayan şəxslərin adlarına çoxlu sayda saxta imza ilə kredit rəsmiləşdirib. Bir çox işdə zamin duraraq müəyyən miqdarda vəsait çıxarıb və bununla da banklara külli miqdarda zərər vurublar».

Fondun açıqlamasında qeyd edilir ki, bununla əlaqədar materiallar toplanıb baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Ötən il ölkədə 10-dan çox bankın lisenziyası ləğv edilib. Fond bu bankların ləğvedici funksiyasını həyata keçirir. Bu açıqlamaya, hələlik, bağlanan və müflis olan bankların keçmiş rəhbərlərindən reaksiya bildirilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG