Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:56

AXCP-nin şöbə sədrinə 25 sutka verildiyi deyilir


Şəki Rayon Məhkəməsinin Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yerli şöbəsinin sədri İslam Həsənova 25 sutka inzibati həbs cəzası verdiyi bildirilir.

Qərarın fevralın 7-də çıxarıldığı deyilir. İ. Həsənovun nədə günahlandırıldığı bilinmir.

Bu barədə AzadlıqRadiosu-na AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib.

Buna da bax:​ AXCP rayon şöbəsinin sədrinin yeri bilinmir

O, həmçinin, rayon şöbəsinin sədrinin polisdə zorakılığa məruz qaldığını bildirib.

“Ondan AXCP-dən çıxmaq barədə hazır ərizəni imzalamaq tələb olunub, o isə bundan imtina edib. Ona görə də İslam bəy polislər tərəfindən döyülüb, zorakılığa məruz qalıb”, AXCP sədrinin müavini bildirib.

G.Bayramlının İ.Həsənova işgəncə verilməsi ilə bağlı söylədiklərinə Daxili İşlər Nazirliyindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Buna da bax: 'Biz bəraət tələb edirik'

İ.Həsənov fevralın 6-da Şəki rayon Polis Şöbəsinə aparılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG