Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:23

'Biz bəraət tələb edirik'


Müsəlman Birliyi Hərəkatının sədri Tale Bagırzadə (sağ)

“Bu məhkəmələrə “ədalət”, “düzgünlük”, “insan haqlarının müdafiəsi” anlayışları artıq yadlaşıb. Müsəlman Birliyi Hərəkatının yanvarın 28-də yaydığı bəyanatda belə deyilir.

Heç bir cinayət etməyən adamlara fantastik cəzalar verildiyini vurğulayan bəyanat müəlliflərinin fikrincə, bu iş Azərbaycan məhkəmələrinin qanuna sayqısızlığının, hökmlərin sifarişlə çıxarılmasının daha bir sübutu olub.

“Bu məhkəmələrə “ədalət”, “düzgünlük”, “insan haqlarının müdafiəsi” anlayışları artıq yadlaşıb. Çox utancverici, biabırçı haldır. Zülmün, korrupsiyanın, rüşvətxorluğun, məmur özbaşınalığının ayaq tutub sürətlə yürüdüyü bu ölkədə biz insani dəyərlərə, ədalətə çağırmışıq, yenə də aidiyyəti qurumları, xüsusən məhkəmələri qanunun aliliyinə hörmət, ədalətə riayət etməyə çağırırıq".

Müraciətdə Taleh Bağırov və onunla birgə məhkəməyə çıxarılanlara oxunan hökmlərə qəti etirazlarını ifadə edir və həbs olunanlara bəraət tələb edirlər.

Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökmə əsasən, Taleh Bağırov və Abbas Hüseynov - 20 il, Cabbar Cabbarov - 19 il, Rasim Cəbrayılov - 17 il, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və həbs olunarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev - 10 il, daha 12 nəfərinsə hər biri 14 il 6 ay azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG