Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:34

Çingiz Qurbanova Milli Qəhrəman adı verildi


Ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində həlak olan əsgər Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Prezident İlham Əliyev fevralın 7-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, əsgər Çingiz Qurbanov ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə, ölümündən sonra təltif olunub.

Buna da bax:​ 'Hərbiçinin meyitinin qaytarılması prezidentin diqqət mərkəzində'

Azərbaycan əsgəri Ç.Qurbanov ötən il dekabrın 29-da həlak olmuşdu. Onun meyiti qarşı tərəfdə qalmışdı. Ermənistan tərəfi onun meyitinin verilməsini yubadırdı.

Həmin vaxtdan Azərbaycan Müdafiə Nazirliyi əsgərin meyitinin geri qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə və ATƏT-in Minsk Qrupuna müraciət etmişdi.

Məsələ ilə bağlı, Avropa Şurasının baş katibi T. Yagland da Ermənistana müraciət etmişdi.

Çingiz Qurbanovun cəsədi fevralın 5-də geri qaytarılmış və dəfn edilmişdi.

Buna da bax:​ Azərbaycan əsgərinin nəşi Ermənistandan alındı

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG