Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 17:43

Azərbaycan əsgərinin nəşi Ermənistandan alındı


Foto:arxiv

Azərbaycan-Ermənistan sərhədində həlak olmuş əsgər Çingiz Qurbanovn cəsədi fevralın 5-də geri qaytarılıb.

Müdafiə Nazirliyinin məlumatına görə, həyata keçirilən tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə meyitin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

Cənazə fəxri qarovulun müşayiəti ilə Bakıya yola salınıb.

Buna da bax: Parlament: 'Əsgərin nəşinin qaytarılması üçün tədbirlər görün'

Azərbaycan əsgəri Çingiz Qurbanov ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədinin Qazaxdan keçən hissəsində həlak olub.

O vaxtdan bəri Azərbaycan Müdafiə Nazirliyi əsgərin meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə vəATƏT-in Minsk Qrupuna müraciət etmişdi.

Məsələ ilə bağlı, Avropa Şurasının baş katibi T. Yagland da çağırış etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG