Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:31

Putin 16 generalı işdən çıxardı


Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin 16 generalı işdən azad edib.

Söhbət Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və İstintaq komitəsindən gedir.

Fərman fevralın 2-də prezidentin rəsmi saytında yerləşdirilib.

Fərmana əsasən generallardan ikisi ümumiyyətlə hərbi xidmətdən xaric edilib.

Fövqəladə Hallar Nazirliyi ərazi siyasəti departamentinin direktoru general-polkovnik Yuri Kovalev və nazirliyin Buryatiya respublikası üzrə idarəsinin rəisi general-mayor Viktor Mixaylov da onların arasındadırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG