Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:05

SOCAR-ın satdığı neft bahalaşıb


Bakıda neft platforması.

Bu ilin yanvar ayında dünya bazarında «Brent» markalı xam neftin 1 bareli 54,67 dollara, Urals nefti 53,66 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 55,14 dollara satılıb.

Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata görə, ötən ilin dekabrında dünya bazarında “Brent” markalı xam neftin 1 bareli 53,60 dollara, Urals nefti 52,69 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 54,92 dollara satılıb. Beləliklə, ay ərzində BTC FOB Ceyhan tipli xam neftin qiyməti 0,4 faiz artıb.

Buna da bax:​ SOCAR-ın təyyarə yanacağı ixracı azalıb

Ötən ilin yanvar ayında dünya bazarında “Brent” neftin 1 bareli 30,70 dollara, Urals nefti 29,58 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 32,33 dollara satılıb. Beləliklə, il ərzində “Brent” neftin qiyməti 78,1 faiz, Urals neftinin qiyməti 81,4 faiz, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 70,55 faiz artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG