Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:31

NATO və ABŞ Rusiyayla dialoq barədə razılığa gəliblər


Jens Stoltenberg

NATO və yeni ABŞ administrasiyası Rusiyayla dialoqa ehtiyac olduğunu etiraf edir və dialoq məsələsində bir-biriylə razıdırlar. Bunu alyansın baş katibi Jens Stoltenberg deyib. O, dialoqun «güc mövqeyindən» zəruri olduğunu vurğulayıb.

Yanvarın 31-də J.Stoltenberg ABŞ prezidenti Donald Trump və müdafiə naziri James Mattis-lə telefonla danışıb. Söhbətdən sonra J.Stoltenberg hər iki şəxsin Birləşmiş Ştatların NATO-ya sadiqliyi mesajını verdiyini, Moskvayla dialoqu onların da istədiyini söyləyib.

NATO ilə Rusiyanın münasibətləri Soyuq müharibə dövründən bəri ən pis həddə gəlib. Münasibətləri korlayan, özəlliklə, Rusiyanın Ukraynaya müdaxiləsi, Krımı öz ərazisinə ilhaq etməsi, Suriyadakı əməliyyatları və s.dir.

Yanvarın 20-də ABŞ prezidenti kimi fəaliyyətə başlayan D.Trump Moskvayla münasibətləri yoluna qoymağa çalışacağına, lazım gəlsə, terrorla Rusiyayla çiyin-çiyinə mübarizə aparacağına söz verib.

Seçkidən əvvəl D.Trump-ın NATO-nu tənqid etməsi, «köhnəlmiş qurum» adlandırması Qərbdə səs-küyə səbəb olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG