Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 00:28

Natiq Cəfərli də yenidən prokurorluqda dindirilib


ReAl-çıları "İran söhbəti"nə görə dindirdilər
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

REAL-ın icra katibi Natiq Cəfərli [video]

REAL Hərəkatının icra katibi Natiq Cəfərli yanvarın 31-də axşam saat 18:00-da yenidən prokurorluqda olub.

O, bir saatdan artıq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Prokurorluğun təkrar çağırışı yenə də İran səfirliyinin əməkdaşı ilə görüşlə əlaqəli olub.

N.Cəfərli bir gün əvvəl də prokurorluqda dindirilmişdi.

Buna da bax:​ Britaniya və Niderland səfirliyi REAL-dan narahatdır

XATIRLATMA

Yanvarın 27-də haqqin.az və virtualaz.org saytlarında Eynulla Fətullayevin imzası ilə «İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı» başlıqlı məqalə dərc edilmişdi.

Məqalədə yanvarın 19-da İranın Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arefzadeh-nin REAL Hərəkatı rəhbərləri ilə görüşündən bəhs edilirdi. İddia olunurdu ki, görüşdə gizli sövdələşmə olub, İran səfirliyinin nümayəndəsi REAL Hərəkatına pul verib.

Buna da bax: REAL-İran 'xəfiyyə' söhbətinə reaksiyalar

Həmin yazının ardınca baş prokuror Zakir Qaralovun tapşırığına əsasən, bu məsələ ilə bağlı araşdırmalara başlanmışdı.

Artıq, bir neçə REAL üzvü prokurorluqda dindirilib. Onlardan bəzilərindən iki dəfə ifadə alınıb.

Natiq Cəfərli yanvarın 30-da respublika prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 2 saat yarım dindirilmişdi.

Buna da bax:

REAL üzvlərinin dindirilməsi davam edir
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG