Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 03:45

Fuad Qəhrəmanlının şikayəti Avropa Məhkəməsində


Fuad Qəhrəmanlı (illüstrasiya).

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin hazırda həbsdə olan müavinlərindən Fuad Qəhrəmanlının şikayətini Avropa İnsan Hüquqları Məhkəməsi icraata götürüb.

Bu haqda siyasətçinin vəkillərindən Nemət Kərimli məlumat verib.

Vəkil icraata götürülən şikayətin F.Qəhrəmanlının qanunsuz həbs olunması ilə bağlı olduğunu bildirib.

Buna da bax:​ 'Biz bəraət tələb edirik'

“Fuad Qəhrəmanlının şikayəti “Azərpoçt”da itmişdi. Avropa İnsan Hüquqları Məhkəməsi ilə apardığımız intensiv yazışma sayəsində onun qanunsuz həbsi ilə bağlı şikayətinin icraata götürülməsinə nail ola bildik”, deyən vəkil yanvarın 31-də Avropa İnsan Hüquqları Məhkəməsindən şikayətin qeydiyyat nömrəsini əldə etdiklərini bildirib.

F.Qəhrəmanlının sözügedən şikayəti Avropa İnsan Hüquqları Məhkəməsi yolunda iki dəfə itmişdi.

Buna da bax: Azərbaycan hakimiyyətindən 18 məhbusun azad olunması tələb edilir

Xatırlatma

Fuad Qəhrəmanlı "Facebook" səhifəsində yazdığı statuslara görə, ötən il dekabrın 8-də həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülmüşdü.

Fuad Qəhrəmanlı ittihamları qəbul etməmiş, siyasi sifarişlə həbs olunduğunu bildirmişdi.

Buna da bax:​ 'İlham Əliyev yumurtadan danışa bilir, mən kartofdan yox?'

Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi Fuad Qəhrəmanlının 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Fuad Qəhrəmanlı Nardaran hadisələri ilə bağlı Facebook-da yazılarına görə həbs edilib.

2015-ci il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda iksi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi bilgilərə görə, hazırda Nardaran hadisələri ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs həbsdədir.

Buna da bax: Avropa Məhkəməsinə gedən daha bir şikayət itib

Daha yüngül maddələrlə ittiham edilənlərə 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib. 18 nəfərlik qrupun üzvlərinə isə uzunmüddətli cəzalar kəsilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və Abbas Hüseynov 20 il həbs cəzası alıb. Cabbar Cabbarov 19 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Abbas Tağızadə, Abbas Quliyev, Aqil İsmayılov, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əsgərov, Əli Nuriyev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Əlibala Vəliyev və Fərhad Balayevin hər biri 14 il 6 ay azadlıqdan məhrum edilib. Həbs olunarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev və Nardaran hadisələrilə əlaqədar Facebook-da yazdığı statuslara görə həbs olunan Fuad Qəhrəmanlıya isə 10 il həbs cəzası verilib.

Nardaran hadisələri ilə bağlı tutulanlardan başqa bir qrupun isə hazırda məhkəməsi gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG