Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 12:59

Azərbaycan hakimiyyətindən 18 məhbusun azad olunması tələb edilir


Human Right Watch (HRW) beynəlxalq insan haqları təşkilatı Azərbaycan hakimiyyətindən tanınmış din xadimi və aparıcı siyasi müxalifət fəalı da daxil, 18 nəfərin barəsində cinayət işlərinə xitam verilməsini və onların dərhal azadlığa buraxılmasını tələb edib.

Bəyanatda deyilir ki, onlar yanvarın 25-də yanlış ittihamlarla uzunmüddətli həbsxana cəzalarına məhkum ediliblər və onlardan 17-si polisin qəddar rəftarından şikayıt edib. Şikayıətdə deyilir ki, onlardan başqalarına qarşı ifadələr zor işlətməklə alınıb.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor əvəzi Jane Buchanan bildirib ki, Azərbaycan hakimiyyəti bu şəxslərin işgəncələrə məruz qalması barədə iddiaları qulaqardına vurub və araşdırmayıb, beləliklə özünün beynəlxalq öhdəliklərini pozub.

Sözü gedən şəxslərin əksəriyyəti 2015-ci il noyabrın 26-da özünün şiə mühafizəkarlığı və hökumətə təbnqidi münasibətilə tanınan Nardaran qəsəbədsinə reyd zamanı həbs edilib.

HRW təşkilatının mətbuat üçün açıqlamasında deyilir ki, reyd aydın olmayan və mübahisəli səbəblərə görə zorakılıqla nəticələnib, iki polis nəfəri və 7 mülki şəxs atışmada həlak olub.

Sözü gedən şəxslərin vəkilləri bildiriblər ki, onlar Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində rəsmilər tərəfindən döyülmüş, hədələnmiş və elektroşoka məruz qalmışlar.

Mətbuat açıqlamasında məhkum edilənlərin ifadələrinə əsasən bildirilir ki, onları polis idarəsinə gətirən kimi başlarına torba keçirmiş, qollarını bağlamış, onları cinsiyyət orqanları da daxil bədənlərinin müxtəlif yerlərini vurmaqla dəyənəklərlə döymüşlər. Bəzi məhkumların dediyinə görə onları arvadlarının və bacılarının zorlanacağı ilə hədələyiblər.

Məlumatda bildirilir ki, Bağırov onlardan Azərbaycan Xalq Cəbhəsi Partiyasının liderinə və başqa müxalifət liderlərinə qarşı ifadələr almağa cəhd göstərildiyini deyib.

Human Right Watch-un açqılamasında bildirildiyinə görə çox güman bunu AXCP-nin Nardaran hadisələri ilə əlaqələndirilməsi üçün edirmişlər.

Bu da qeyd edilir ki, həbs edilənlərin əksəriyyəti bədən xəsarətləri alıblar. Vəkillərin dediyinə görə onlar təcridxananın özündə tibb müayinəsindən keçiblər və həkim xəsarətlərin döyülmə nəticəsində yarandığını sənədləşdirib. Buna baxmayaraq bu fakt hakimiyyət orqanları tərəfindən araşdırılmayıb.

Məlumatda deyilir ki, müttəhimlərə 8 ay müddətində vəkil xidmətinə çıxış verilməyib. Döyülmə şikayəti ilə bağlı prokurorluq orqanları təfərindən aparılan araşdırma isə səthi olub və xəsarət yerləri sağalandan sonra keçirilib.

Taleh Bağırov 20, başqa müttəhimlər isə 10 illə 20 il arasında müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Onlara qarşı terror, hakimiyyətin zorla ələ keçirilməsinə cəhd və qanunsuz odlu silah saxlamaq da daxil bir çox ittihamlar irəli sürülüb.

Human Right Watch bildirir ki, Azərbaycan BMT-nin işgəncələrə qarşı Konvensiyası və Avropa İnsan Haqları Konvensiyası da daxil bir çox müqavilələri imzalayıb və öhdəliklərinə əməl etməlidir.

Təşkilat habelə 10 il müddətinə azadlıqdan məhrum edilmiş AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində cinayət işinə xitam verilməsini və onun dərhal azad olunmasını tələb edib.

Human Right Watch bildirir ki, Fuad Qəhrəmanlı hökuməti tənqid etdiyinə görə cəzalandırılıb və onun ifadə azadlığı pozulub.

Bu da xatırladılır ki, hakimiyyət son illərdə AXCP fəallarını müxtəlif ittihamlarla həbs və məhkum edib. Təkcə 2016-cı ildə ən azı 20 AXCP fəalı saxlanıb.

Bu da qeyd olunur ki, Bağırov və Qəhrəmanlı əvvəllər də qondarma ittihamlarla məhkum ediliblər.

XS
SM
MD
LG