Ukrayna prezidenti Petro Poroshenko Almaniyaya səfərini yarımçıq qoymalı, ölkəsinə qayıtmalı olub.
Ukraynanın şərqindəki Donbasa yerləşmiş separatçılar gecə Avdeyevka şəhərini gülləbaran ediblər, 12 nəfər ölüb.
P.Poroshenko-nun sözçüsü Avdeyevka ətrafında durumun ağır olduğunu, humanitar fəlakət həddinə çatdığını deyib.
Keçən ay tərəflər atəşkəs barədə razılığa gəlmişdilər.
Almaniya kansleri Angela Merkel-lə görüşündə P.Poroshenko deyib ki, Minsk qrupu razılaşmasına əməl olunmasa, Qərb Rusiyaya sanksiyalarını artırmalıdır. P.Poroshenko Ukrayna münaqişəsini Almaniyanın xarici işlər naziri Sigmar Gabriel-lə də müzakirə edib.