Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 11:28

Trump etirazlara cavab verdi


Trump-ın immiqrasiya qadağası- qarşı çıxanlar, dəstək olanlar
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Trump-ın immiqrasiya qadağası- qarşı çıxanlar, dəstək olanlar

ABŞ prezidenti Donald Trump müsəlman miqrantlarla bağlı qadağasının müsəlmanlara yönəlik olmadığını deyir.

D.Trump-ın yanvarın 27-də 7 müsəlman ölkəsi vətəndaşının ölkəyə 90 gün ərzində girişini qadağan edən sərəncam imzalayıb. Bu sərəncam vizası, «Green-card»ı olanlara da tətbiq edilməyə başlayıb. Nəticədə Avropa, ABŞ və digər ölkələrin aeroportlarında hərc-mərclik yaranıb.

Həm ABŞ, həm də başqa ölkələrdə D.Trump-ın qərarına kütləvi etiraz aksiyaları keçirilib. Bəzi konqresmenlər də etirazlara qoşulublar, sərəncamın ayrı-seçkilik saldığını deyiblər.

D.Trump deyib ki, qadağa müsəlmanlara qarşı deyil və təhlükəsizlik qaydaları yoluna qoyulduqdan sonra vizaları verməyə başlayacaqlar. D.Trump qadağanın müsəlmanlara yönəlik olduğunu yazdığına görə mətbuatı qınayıb. «Bu, dinlə bağlı deyil, terrorla, ölkəmizin təhlükəsizliyi ilə bağlıdır» deyib, sərəncamın 40-dan çox müsəlman ölkəsinə aid olmadığını vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG