Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:33

ABŞ və Rusiya prezidentləri telefonla danışacaqlar


D.Trump və V.Putin

Yanvarın 28-də ABŞ prezidenti Donald Trump-la Rusiya prezidenti Vladimir Putin telefonla danışacaqlar.

Məlumatı TASS xəbər agentliyi Kremlin sözçüsü Dmitry Peskov-a istinadən yayıb.

Bu, iki ölkə prezidentinin D.Trump vəzifə başına keçəndən bəri ilk söhbəti olacaq. D.Peskov bu günlərdə Xarici İşlər Nazirliyinin bu məsələylə məşğul olduğunu, söhbətin tarixini müəyyənləşdirməyə çalışdığını demişdi.

Hələ seçki kampaniyası zamanı Rusiyayla münasibətləri yoluna qoyacağını vəd edən D.Trump radikal islamçılarla mübarizəni xarici siyasətinin prioriteti elan edib. ABŞ prezidenti bu mübarizədə lazım gələrsə, Rusiyayla birgə əməliyyatlara qatılacağını da söyləyib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Vaşinqtonla Moskvanın maraqlarının üst-üstə düşdüyünü, D.Trump administrasiyasının təkliflərini müzakirə etməyə hazır olduqlarını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG