Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 13:02

Nəqliyyatda yükdaşıma azalıb


Qatar

2016-cı ildə nəqliyyat sektorunda 222.2 milyon ton yük daşınıb. Bu da 2015-ci ilə nisbətən 0.1 faiz azalma deməkdir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, yüklərin 2.6 faizi dəniz, 6.9 faizi dəmiryol, 0.1 faizi hava, 63.6 faizi avtomobil, 26.8 faizi isə boruilə daşınıb. Qeyri-neft məhsullarından ibarət yüklərinin həcmi də 2.7 faiz artaraq, 166 milyon ton təşkil edib.

DƏMİRYOL

Dəmiryol ilə 2016-cı ildə 15.3 milyon ton yük, 1 milyon 927 min sərnişin daşınıb. 2015-ci illə müqayisədə yük daşınmasında 10.6 faiz azalma, sərnişin daşınmasında isə 1.8 faiz artım olub.

DƏNİZ

Dəniz nəqliyyatı ilə də ötən il 5 milyon 807.3 min ton yük daşınıb. Bu da əvvəlki ilə nisbətən 12.4 faiz azalma anlamına gəlir. Yüklərin 41.5 faizini neft yükləri təşkil edib. Həmin dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2015-ci ilə nisbətən 2.3 dəfə artaraq 19.6 min nəfərə çatıb.

AVTOMOBİL

Avtomobil nəqliyyatı ilə isə 141.5 milyon ton yük, 1708.2 milyon sərnişin daşınıb. Əvvəlki illə müqayisədə yük daşınmasında 2.8, sərnişin daşınmasında da 2.5 faiz artım olub. Sərnişinlərin 96.2 faizi avtobus, 3.8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2.8, sərnişin dövriyyəsi isə 2.5 faiz artıb.

METRO

Metrodan istifadə etmiş sərnişinlərin sayı 2 faiz azalaraq 217.5 milyon nəfərə düşüb.

HAVA

Hava nəqliyyatı ilə 1981.7 min sərnişin daşınıb. Bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 8.7 faiz artım deməkdir. Daşımaların 99.8 faizi dövlət, 0.2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 23.5 faiz artaraq 157.9 min tona çatıb.

XS
SM
MD
LG