Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 18:47

Hillary Clintonun qızı Trump-un oğlunun müdafiəsinə qalxdı


Hillary Clinton və qızı Chelsea

Keçmiş ABŞ ptrezidenti Bill Clinton və Hillary-nin qızı Chelsea Clinton ABŞ prezidenti Donald Trump-un kiçik oğlu Barron Trumpu müdafiə edib.

10 yaşl Barron sosial şəbəkələrdə, atası Donald Trumpun andiçmə mərasimində hərəkətlərinə görə hücumlara məruz qalıb.

Onun müdafiəsinə qalxan Chelsea Clinton özünün Tvitter hesabında yazıb. “Barron Trumpın bütün uşaqlar kimi, sadəcə uşaq olmaq haqqı var”.

Qeyd edək ki, sosial şəbəkələr Barron Trumpunandiçmə mərasimi zamanı yeni doğulmuş qardaşı uşağı ilə oynayan yerdə görüntülərini yayıb.

Bundan başqa bir çox istifadəçilər onun mərasimdə yorğun görünməsi və qəribə hərəkətləri ilə bağlı şərhlər paylaşıblar.

Bu barədə, New York Post və Daily Mail də daxil olmaqla yerli və beynəlxalq KİV vasitələri məlumat yayıb.

Qeyd edək ki, 45-ci ABŞ prezidenti olan Donald Trump-un andiçmə marasimi yanvarın 20-da keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG