Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 15:49

Cinayətlərin sayı artıb


Arxiv fotosu

Keçən il Bakıda inzibati xətalara yol verən 27 mindən çox şəxs saxlanılıb.

Bu haqda yanvarın 21-də Əlahiddə Çevik Polis Alayının komandiri Zaur Abdullayev məlumat verib.

Xəbəri Daxili İşlər Nazirliyi yayıb.

Deyib ki, Bakı şəhər Baş Polis İdarəsi ilə razılaşdırılmış vahid dislokasiya planına uyğun olaraq post və marşrutlarda 28292 nəfər, o cümlədən müxtəlif cinayətlər törətmiş 804, inzibati xətalara yol vermiş 27488 şəxs saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülüb. Saxlanılanlardan 268-i xuliqanlıq, 211-i oğurluq, 25-i soyğunçuluq, 65-i dələduzluq, 96-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, 28-i digər cinayət törədənlər, 111-i isə axtarışda olanlardır.

Məişət səs-küyünə yol verən 1.240, qanunla müəyyən edilməmiş yerlərdə küçə ticarəti ilə məşğul olan 4.506, digər inzibati xətalara görə 15.217 nəfər polisə təhvil verilib.

2015-ci illə müqayisədə aşkarlanan cinayətlərin və inzibati xətaların sayı 890 fakt və ya 3.2 faiz çox olub.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG