Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 11:38

Azərbaycan Myanmada müsəlmanların öldürülməsini pisləyir


Elmar Məmmədyarov

«Bir sıra müsəlman ölkələrində mövcud vəziyyətin ümumi mənzərəsi bizim hamımızda ciddi narahatlıq yaradır».

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 19-daİslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında çıxışı zamanı deyib. O, sessiyanın həsr olunduğu Rohincada vəziyyətin İslam dünyasında narahatlıq yaratdığını və bunun İƏT üzv dövlətlərindən vahid mövqe tələb etdiyini bildirib.

Nazir qeyd edib ki, Azərbaycanın ərazilərini də Ermənistan uzun müddətdir işğalda saxlayır. Azərbaycan illərdir qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalıb.

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan ədalətsizlik və məşəqqətlərdən əziyyət çəkənləri yaxşı başa düşür: «Buna görə biz Rohincanın mülki əhalisinin öldürülməsi və həbs edilməsi, onların evlərinin və dini ibadət yerlərinin dağıdılmasını kəskin şəkildə pisləyirik. Myanma rəhbərliyini bu humanitar böhranı aradan qaldırmağa və ölkənin müsəlmanlar yaşayan hissəsində sabitliyi bərpa etməyə çağırırıq. Ümid edirəm ki, İƏT Kontakt Qrupunun səyləri Myanma hökuməti ilə müsəlman icması arasında sülhün bərpa edilməsi, onların təhlükəsizliyinin qorunması və fundamental hüquqlarının təmin olunması ilə nəticələnəcək».

Rohinca qaçqınları.
Rohinca qaçqınları.

Nazir çıxışında İsrail-Fələstin münaqişəsinə də toxunub: «Mən qardaş Fələstin xalqına sülh və sabitlik əldə etmək, müstəqil dövlət yaratmaq uğrunda mübarizəsində Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim. Azərbaycan İsrail-Fələstin münaqişəsinin bu müqəddəs torpaqda çoxdan gözlənilən uzunmüddətli sülh və davamlı inkişafın əldə olunmasının yeganə təminatı olan iki dövlət əsasında həllini dəstəkləyir».

XATIRLATMA

Yanvarın 19-u Malayziyanın paytaxtı Kuala-Lumpurda İƏT Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası başlayıb. İclas Myanmada müsəlmanların vəziyyətinə həsr olunub.

Myanmada yaşayan müsəlmanların öz ölkələrində təcavüz və təqiblərə məruz qaldığı bildirilir. Bu səbəbdən onların xaricə mühacirət etdikləri söylənir.

İslam Konfransı Təşkilatı 1969-cu ildə Mərakeşdə yaradılıb. 2011-ci il Astana sammitində bu qurum İslam Əməkdaşlıq Təşkilatı adlandırılıb.

Azərbaycan 1992-ci ildən bu qurumun üzvüdür. Hazırda İƏT sıralarında 60-a yaxın ölkəni birləşdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG