Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 11:35

Ali Məhkəmə jurnalistin həbsini qəbul etmədi


Jurnalist Elçin Həsənov

Ali Məhkəmə yanvarın 17-də jurnalist Elçin Həsənovun həbsə məhkum edilməsi barədə prokurorluğun protestini təmin etməyib.

Ali Məhkəmə jurnalistin islah işləri şəklində cəzalandırılması barədə, ötən il iyunun 1-də Nizami Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bu barədə E.Həsənov özü bildirib.

Bununla belə, jurnalist həbs təhlükəsinin sovuşmadığını bildirib.

Buna da bax:​ Jurnalist həbsini gözləyir

“Buna hökmün “icra edilməməsi” səbəb ola bilər. Mən gəlirimin 20 faizini ödəməliyəm. Ancaq ödənişli iş yerim yoxdur. Əgər fevrala qədər rəsmi işə düzəlməsəm 1 il azadlıqdan məhrum edilə bilərəm”, jurnalist deyib.

Xatırlatma

E.Həsənovla bağlı cinayət işinə 2015-ci ilin fevralında onunla “Asiya” agentliyinin rəhbəri Cəfər Cəfərov arasındakı insident səbəb olub. İyunun 1-də məhkəmə onun 1 il müddətinə icbarı işə cəlb edilməsi barədə qərar çıxarıb.

Buna da bax: 'Prokuror qarşısında boynunu bükən, 'makler-vəkil'lərlə kimsənin işi yoxdur'

Prokurorluq bu hökmdən protest verərək ittihamın daha ağır maddəyə - CM-in 221.3-ci maddəsinə (odlu silah tətbiq etməklə xuliqanlıq) tövsif edilməsini və cəzanın 3,5 il azadlıqdan məhrumetməyədək sərtləşdirilməsini tələb edib.

Lakin Apellyasiya Məhkəməsi cəzanı sərtləşdirməyərək birinci instansiya məhkəmənin hökmünü qüvvədə saxlayıb.

Dörd ay keçdikdən sonra prokurorluq bu qərardan kassasiya protesti vermişdi.

Buna da bax:​ '12 jurnalist, bloqçu ifadə azadlığına görə həbsdədir'

Elçin Həsənov Sumqayıtın “Yüksəliş naminə” İnternet qəzetinin (yukselis.info) redaktor müavinidir. Bundan başqa Azərbaycan xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin üzvü və “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi ” QHT-nin sədr müavinidir. O, bu işlərdə ictimai əsaslarla çalışdığını bildirir.

XS
SM
MD
LG