Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyun, şənbə, Bakı vaxtı 07:59

2016-cı ildə Azərbaycanın xarici ticarətinin həcmi 17 milyard 675 milyon 447.51 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsinin bildirməsinə görə, bu, keçən ilin analoji dövrünə nisbətdən 19.46 faiz azdır. Komitənin açıqlamasına görə, idxalın həcmi 8 milyard 532 milyon ABŞ dolları olub. Bu da 7.42 faiz azalma anlamına gəlir. İxrac isə 9 milyard 143 milyon ABŞ dollarına (28.17 faiz azalma) bərabər olub.

ƏSAS MALLARIN İXRACINDA AZALMA FAİZLƏRİ

Xam neft 26.64, neft məhsulları 45.51, təbii qaz 35.5, çay 68.32, bitki və heyvan mənşəli piylər, yağlar da 88.84 faiz azalıb.

Bundan başqa, şəkər 70.75, spirtli, spirtsiz içkilər 27.48, plastmas və onlardan hazırlanan məmulatlarda da 11.98 faiz azalma olduğu bildirilir.

Əsas ixrac mallarından qara metal, ondan hazırlanan məmulatlar 176.81, pambıq iplik 29.29, meyvə-tərəvəz 19.51, alüminium və ondan hazırlanan məmulatlar isə 13.82 faiz artıb.

İDXAL

İdxalda əsas mallarda artım belə olub: Ət 94.44, süd 39.44, kərə yağı, süddən hazırlanmış digər yağlar 116.07, meyvə- tərəvəz 132.58, çay 174.11, şəkər isə 22.71 faiz artıb. Buğda idxalı ötən il 0.61 faiz azalıb. Tütün və tütün məmulatları da 48.55 faiz az idxal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG