Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 23:57

İ.Əliyev Norveçin xarici işlər naziri ilə görüşüb


Borge Brende

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə görüşüb.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Ancaq, hələlik, görüşün detalları açıqlanmır.

Bu gün, yanvarın 17-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu (WEF) başlayır.

Azərbaycan prezidenti İlham Əliyev forumda iştirak etmək məqsədilə yanvarın 16-da İsveçrə Konfederasiyasına işgüzar səfər edib.

Prezident İlham Əliyev yanvarın 16-da bu səfər çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Chakrabarti və Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Schwab ilə görüşüb.

47-ci Dünya İqtisadi Forumu (DİF) yanvarın 20-də başa çatacaq.

Forum «Bacarıqlı və məsuliyyətli liderlik» şüarı altında keçirilir.

XS
SM
MD
LG