Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:02

Xəzər rayonunda qaz kəsiləcək


Qaz

Bu gün, yanvarın 17-si Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq. XəbəriDövlət Neft Şirkəti yayıb.

Xəbərdə qeyd edilir ki, saat 10:00-dan 18:00-dək «Qaz İxrac» İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin «Hərbi-hissə» (Xaşa-Xuna), «Zeytun» qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Xaşa-Xuna Bağ massivi, Şüvəlan və Qala qəsəbələrinin bir hissəsində qazın verilməsinin dayandırılacağına səbəb olacağı gözlənilir.

Ötən həftə də ölkə daxilində bir neçə istiqamət üzrə qaz kəmərlərində təmir işləri aparılmışdı. Bu cari təmir işləri ərzində Bakının əksər rayonları, Sumqayıt şəhəri, Masallı və Şamaxı rayonlarına qaz verilməsində fasilə yaranmışdı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG