Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 08:16

Davos İqtisadi Forumu başlayır


Dünya İqtisadi Forumu

Bu gün, yanvarın 17-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu (WEF) başlayır.

Azərbaycan prezidenti İlham Əliyev forumda iştirak etmək məqsədilə yanvarın 16-da İsveçrə Konfederasiyasına işgüzar səfər edib.

Prezident İlham Əliyev yanvarın 16-da bu səfər çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Chakrabarti və Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Schwab ilə görüşüb.

47-ci Dünya İqtisadi Forumu (DİF) yanvarın 20-də başa çatacaq.

Forum «Bacarıqlı və məsuliyyətli liderlik» şüarı altında baş tutmalıdır.

Davos bir çox dövlət və hökumət başçısını, habelə aparıcı beynəlxalq korporasiyaların rəhbərlərini qəbul edib.

Qərargahı Cenevrədə yerləşən DİF ən böyük beynəlxalq qeyri-hökumət təşkilatı sayılır. Ənənəvi Forum İsveçrənin dağ-kurort şəhəri olan Davosda keçirilir. Qeyri-rəsmi adını da elə bu şəhərdən götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG