Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 19:48

MN: 'Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir'


Qarabağda erməni əsgər.

Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki durumla bağlı yanvarın 16-sı ikinci məlumat yayıb. Məlumatda qeyd edilir ki, Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə iriçaplı ağır silahlar tətbiq edib:

«Yanvarın 15-i axşam saatlarından başlayaraq gecəyədək Ermənistan silahlı bölmələri 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə, cəbhənin Tərtər-Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Hərbi qulluqçularımız arasında itki yoxdur. Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri həyata keçirərək qarşı tərəfi susdurub».

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Yanvarın 16-sı birinci məlumatda isə ümumilikdə gün ərzində atəşkəsin 42 dəfə pozulduğu bildirilirdi.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Ötən il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. 2016-cı il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada hər iki ölkənin qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG