Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 02:33

İsrail Asadın iqamətgahının 5 kilometrliyindəki bazanı vurub


Foto arxiv

İsrailinin qırıcı təyyarələri Suriyanın “Mezee” hərbi-hava bazasına zərbələr endiriblər.

Bu aerodrom Dəməşqin cənub-qərbindəki prezident sarayının 5 kilometrliyində yerləşir.

Bu barədə Suriya komandanlığının dövlət televiziyası ilə yayılan bəyanatında bildirilir.

Məlumatlara görə, raketlərdən bir neçəsi yerli vaxtla 00:25-də İsrailin işğal elədiyi Colan yüksəklikləri rayonundan buraxılıb, raketlər aerodromun ətraflarına dəyib və yanğın başlayıb.

İtki barədə məlumat verilmir.

Suriya komandanlığı İsrailə xəbərdarlıq edib. “Suriya ordusu terrorçulara qarşı müharibəni sonadək davam etdirəcək və onların arxasında duranların əllərini kəsəcək”, deyə bəyanatda bildirilir. Suriyanın dövlət televiziyası İsraili bandit birləşmələrini müxtəlif yollarla dəstəkləməkdə günahlandırır.

Televiziyanın məlumatına görə, Suriya ordusu son vaxtlar ölkənin müxtəlif rayonlarında İsrail istehsalı olan silah və sursatlar müsadirə edib.

Vacib strateji obyekt hesab olunan “Mezee” hava bazasından əsasən Suriya respublika qvardiyasının elit birləşmələri istifadə edir.

İsrail 2016-cı il dekabrın 7 -də bu bazaya Colan yüksəkliklərindən zərbələr endirib.

XS
SM
MD
LG