Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 23:38

Ali Məhkəmənin aparatının işçilərinin maaşları artırılıb.

Prezidenti İlham Əliyev yanvarın 12-də bununla bağlı “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 2008-ci il iyulun 9-da verdiyi sərəncamına dəyişikliklər edib.

Sərəncam Ali Məhkəmə aparatının rəhbərinin, onun müavininin, yardımçı şöbə müdirinin, sədrinin müşavirinin, sədrin köməkçisinin inzibati vəzifələrinin təsnifatının dəyişdirilməsini və maaşlarının artırılmasını nəzərdə tutur.

Buna da bax:​ Maaşlar 10% artıb, ərzaq isə 100% bahalaşıb

Ali Məhkəmə Aparatının rəhbərinin vəzifəsi ali təsnifata daxil edilib. Həmin vəzifənin maaşı 1675 manatdan 1710 manata qaldırılıb.

Ali Məhkəmə Aparatı rəhbərinin müavininin vəzifə təsnifatı ikinci təsnifatdan birinci təsnifata yüksəldilib. Vəzifə maaşı 1320 manatdan 1510 manata yüksəldilib.

Buna da bax: Müavinətlər və pensiyalar verilmir

Yardımçı şöbənin müdiri, Ali Məhkəmə sədrinin müşavirinin, köməkçisinin vəzifə təsnifatı da birinci təsnifata yüksəldilib. Onların vəzifə maaşı isə 1460 manata qaldırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG