Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 06:32

Türkiyədə hakim partiyanın deputatı yeni seçki ilə hədələyir


“Əgər parlament konstitusiya düzəlişlərini qəbul eləməsə, Türkiyədə yeni parlament seçkisi keçiriləcək”.

Reutersin məlumatına görə, bunu yanvarın 12-də “Anadolu” agentliyinə hakim “Ədaələt və inkişaf partiyası”nın deputatı Mustafa Şentop deyib.

Şentop həm də parlamentdəki konstitusiya komitəsinin rəhbəridir.

Bundan bir gün əvvəl düzsəlişlər müzakirə edilərkən parlamentdə hakim partiya ilə müxalifətdə olan "Cümhuriyyət Xalq Partiyası"nın deputatları arasında dava düşüb.

"Cümhuriyyət Xalq Partiyası"nın deputatı Fatma Kaplan səsvermə prosesini mobil telefonla çəkərkən, hakim "Ədalət və İnkişaf partiyası"nın deputatları buna imkan verməyiblər və bu vaxt kürsüyə axışan deputatlar arasında əlbəyaxa dava düşüb.

Qeyd edək ki, yeni düzəlişlərdə ölkənin parlament sistemindən prezident idarəçiliyinə keçməsi nəzərdə tutulur.

Bu, indiki prezident Racep Tayyip Erdoganın daha 2 müddətə prezident seçilməsinə imkan yaradır.

Müxalifətçilər Erdogan və onun partiyasını hakimiyyəti bir əldə cəmləşdirməyə cəhddə günahlandırırlar.

XS
SM
MD
LG