Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 06:56

Havanın çox soyuması və güclü qar Yunanıstan, Balkanlar və Şərqi Avropada xeyli tələfata səbəb olub, bəzi yerlərdə elektrik enerjisi kəsilib, nəqliyyatın hərəkəti dayanıb, uçuşlar təxirə salınıb.

Rəsmi məlumata görə, soyuqdan ölənlərin sayı 70-i keçib. Təkcə Balkanlarda bu həftə 15 adam donaraq ölüb. Ölənlərin çoxu evsiz-eşiksizlərdir.

BMT-nin miqrantlarla məşğul olan agentliyi—«İtmiş miqrantlar layihəsi»nin əməkdaşları qaçqın düşərgələrində istilik sistemindən məhrum qalan miqrantlarla bağlı narahatlıqlarını bildirirlər. Agentliyin məlumatına görə, belə şəraitdə yaşayan miqrantların sayı 15 min 500-dən çoxdur. Serbiyada, o cümlədən Macarıstanla sərhəddə 7 min 500-dən çox adamın soyuqda qaldığı bəllidir. Serbiya rəhbərliyi bütün miqrantları qaçqın düşərgələrində yerləşməyə çağırıb.

Mütəxəssislər bu qışın 1963-cü ildən bəri ən sərt qış olduğunu deyirlər. Şərqi Avropa və Balkanlarda gecələr temperatur -20 dərəcədən aşağı düşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG