Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 10:41

Yanvarın 11-i paytaxt Bakı və bəzi rayonlara qaz verilməsində məhdudiyyətlər yaranıb.

Bunu «Azəriqaz» İstehsalat Birliyinin (İB) 104 saylı operativ xidmət şöbəsinin böyük dispetçeri Röcət Həsənzadə də təsdiq edib.

Onun deməsinə görə, məhdudlaşdırma SOCAR-ın Qaz İxrac İdarəsinin və «Azəriqaz» İB-nin birgə telefonoqramı əsasında baş verir:

«Bakının Binəqədi, Sabunçu, Xəzər, Abşeron rayonlarında, Ceyranbatan qəsəbəsində və Sumqayıt şəhərində qaz verilməsi ilə bağlı məhdudlaşdırmalar var. Bundan əlavə, İsmayıllı, Şamaxı, Masallı, Xızı və Siyəzən rayonlarında da qaz verilməsində məhdudiyyət yaranıb».

R.Həsənzadə bunun dünən, yanvarın 10-da Səngəçaldakı qaz kəmərində baş verən yanğın ilə əlaqəsi olmadığını söyləyib: «Bu gün məhdudlaşdırma qazpaylayıcı blokların dəyişdirilməsi, qaz sızmalarının öyrənilməsi, cari təmir işləri ilə bağlıdır».

R.Həsənzadənin sözlərinə görə, təmir işlərinin yanvarın 11-i saat 20:00-a kimi tamamlanması və qaz verilməsinin bərpa olunması gözlənilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG