Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 20:50

İran Türkiyənin təşəbbüsünə 'yox' deyib


Hossein Dehghan

Türkiyə Suriya danışıqlarına Səudiyyə Ərəbistanı və Qətərin də qoşulmasını istəyir. Türkiyə prezidenti Recep Tayyip Erdoğan dekabrın 27-də deyib ki, Səudiyyə Ərəbistanı və Qətər Suriyada Türkiyənin müttəfiqi olub, Assad rejimini devirməyə çalışan sünni qiyamçılara yardım ediblər.

Assad-a tərəf olan İran R.T.Erdoğan-ın təklifinə etirazını bildirib. İranın müdafiə naziri Hossein Dehghan Rusiyanın RT kanalına müsahibəsində deyib ki, Səudiyyə Ərəbistanı Assad-ı devirməyə çalışıb, danışıqlara qatıla bilməz.

R.T.Erdoğan isə kürdlərin prosesdən kənarlaşdırılmalı olduğunu söyləyib. O, Türkiyədə terror hücumları törədən, minlərlə adamın ölümünə səbəb olan kürd yaraqlılarının Suriyada böyük ərazilərə yiyələndiyini, bunun önlənməli olduğunu bildirib.

Suriya danışıqlarının təşəbbüskarı Rusiyadır. Danışıqlara cəlb olunan əsas tərəflər isə, hələ ki, Rusiyadan başqa İran və Türkiyədir.

XS
SM
MD
LG