Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:31

BMT Hələbə müşahidə missiyası göndərəcək


Evakuasiya

BMT Təhlükəsizlik Şurası Hələbə müşahidə missiyası göndərmək barədə qərar qəbul edib. Missiya əhalinin Hələbdən köçürülməsi prosesinə nəzarət edəcək.

Dekabrın 19-da qəbul olunan sənəddə Suriya ordusunun Hələb əhalisinə qarşı özbaşınalıqlarının qarşısını almaqdan ötrü ciddi tədbir görülməsi, müşahidə missiyasının təcili fəaliyyətə başlaması, həmçinin bütün təşkilat üzvlərinin Hələbə şərtsiz yardımı tələb olunur. Sənədə görə, BMT-nin baş katibi Ban Ki-moon Suriya prezidenti Bashar al-Assad hökumətiylə danışıqlar aparmalı, müşahidə missiyasının Hələbdə təhlükəsiz fəaliyyətini təmin etməlidir.

Qətnamə layihəsini Fransa təklif edib. Sənədin mətnini Rusiyayla Fransa təmsilçiləri bağlı qapılar arxasında, 3 saatdan artıq çəkən müzakirələrdən sonra açıqlayıblar. Layihə yekdilliklə qəbul edilib.

XS
SM
MD
LG