Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 10:49

Hələbdə qiyamçıları evakuasiya edirlər


Evakuasiya

Hələbdə dünəndən—dekabrın 15-dən elan olunan atəşkəs davam edir.

ABŞ-ın dövlət katibi John Kerry də şəhərə hücumların, hələ ki, dayandırıldığını təsdiqləyib. Amma J.Kerry Suriya prezidenti Bashar al-Assad-ın Hələbdə soyqırımı törətdiyini söyləyib, beynəlxalq aləmi Assad rejiminə təzyiq göstərməyə, atəşkəsin davamlılığını təmin etməyə çağırıb.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan isə Suriya hökumətinin müttəfiqi Rusiyayla razılığa gəldiklərini, qiyamçıların evakuasiyasına şərait yaradıldığını deyib. Onun sözlərinə görə, gecə Hələbdən azı 1150 sakini, o cümlədən yaralıları çıxarıblar. Ümumilikdə 4 minə yaxın qiyamçının və onların yaxınlarının Hələbdən köçürülməsi nəzərdə tutulub. Qiyamçıların aparıldığı avtobus karvanlarının Hələbdən çıxdığını həm hökumət, həm də müxalifət qüvvələri təsdiqləyib.

XS
SM
MD
LG