Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 09:19

Azərbaycan AB-dan qrant alır


Şahin Mustafayev

Avropa Birliyinin (AB) Bakıdakı nümayəndəliyi ilə İqtisadiyyat Nazirliyi arasında 14.5 milyon avro dəyərində «Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramı»nı Maliyyələşdirmə Sazişi imzalanıb.

Bu haqda İqtisadiyyat Nazirliyi xəbər verir.

Saziş qrant kimi kənd yerlərində biznes məlumat sisteminin yaradılması və kəndlərin inkişafına dəstək sisteminin təkmilləşdirilməsi məsələlərini əhatə edir.

İmzalama zamanı Ş.Mustafayev Avropa Birliyi ilə əməkdaşlığın enerji, investisiya, ticarət və başqa sahələri əhatə etdiyini vurğulayıb.

«Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində əməkdaşlığımızın gözəl nümunələrindəndir. Bu layihə Avropa Birliyinin prioritet layihələrinə daxil edilib. AB Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Onunla ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50 faizdir. Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşunun 35 faizi Avropa Birliyi ölkələrinin payına düşür», - nazir deyib.

M.Mard isə Avropa Birliyinin əməkdaşlığın inkişafı istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Azərbaycan Avropa Birliyi ilə, əsasən, 1999-cu ildən Şərq Tərəfdarlığı Proqramı çərçivəsində əməkdaşlıq edir.

Bu il iyulun 6-da Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Ancaq ekspertlər Azərbaycanla Avropa Birliyi arasında müxtəlif sahələrlə bağlı əməkdaşlığı ehtiva edən çərçivə sazişinin tezliklə imzalanacağına o qədər də nikbin yanaşmırlar. Bu, daha çox Azərbaycan hökumətinin real islahatlara hazır olmaması ilə izah edilir.

XS
SM
MD
LG