Dekabrın 10-u Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 0-3, gündüz 4-7, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında da yağıntı gözlənilmir. Lakin axşama doğru bəzi cənub rayonlarında qar yağacağı ehtimalı var.
Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti təxmin edilir.