Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 00:14

AzadlıqRadiosunun saytına giriş yenə çətinləşib


Foto illüstrasiya

Azərbaycan ərazisində «Amerikanın Səsi» və AzadlıqRadiosunun saytına girişdə dekabrın 8-də səhər saatlarından yenidən problem yaranıb.

«Turan» agentliyi xəbər verir ki, hər iki sayta daxil olmaq xeyli çətinləşib. Yalnız ölkənin bəzi ərazilərində saytlara qismən daxil olmaq mümkündür.

Azərbaycandan xaricdə bu saytlara giriş sərbəstdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti və Elektron Təhlükəsizlik Mərkəzi bu saytlara girişin mümkün olmamasına aydınlıq gətirməyib. Hər iki qurum agentliyə yazılı müraciət etməyi məsləhət bilib.

amerikaninsesi.org və azadlıq.org saytlarına bu il noyabrın 30-dan dekabrın 2-dək də daxil olmaq çətinləşmişdi.

Multimedia

XS
SM
MD
LG