Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 11:13

Dollar hərracda 1.74 manatı keçib


Dollar

Dekabrın 8-i Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

AMB-dən verilən məlumata görə, hərrac 1 ABŞ dolları üzrə 1.7369 manat məzənnəsi ilə başlayıb və 1.7414 manat ilə yekunlaşıb.

Oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Sentyabrın əvvəllərindən manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən yenidən dəyər qazanmaqdadır.

2006-ci il yanvarın 1-də manatın denominasiyasından sonra heç vaxt ABŞ dolları Azərbaycanda bu həddə yüksəlməyib. Onda 1 yeni manat 5000 köhnə manata bərabər götürülmüşdü.

Multimedia

XS
SM
MD
LG