Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:34

Qaçqınkom idmana ayrılan pulların əleyhinə deyil


Bakıda qaçqın və köçkünlər yaşayan bir bina

“Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı təbii artımla 1 milyon 200 minə çatıb. Bu dövrə qaçqın və məcburi köçkünlərin hüquqları bir dəfə də pozulmayıb. Heydər Əliyevin yaratdığı mexanizm sayəsində qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunmasına indiyədək 6,1 milyard manat vəsait sərf olunub”.

Dekabrın 7-də Milli Məclisdə keçirilən büdcə zərfinin müzakirəsi zamanı Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət komitəsinin sədri Əli Həsənov belə deyib.

Buna da bax:​ Pulu bəlkə köçkünün özünə versinlər?

APA-nın xəbərinə görə, Ə.Həsənov bildirib ki, Dövlət Neft Fondu və beynəlxalq təşkilatların ayırdığı həmin vəsaitlər hesabına 95 qəsəbə tikilib, 250 min qaçqın və məcburi köçkün yeni mənzillə təmin olunub.

51 bina hər an uça bilər

“Bakıda qaçqın və məcburi köçkünlərin yaşadığı 115 bina qəzalı vəziyyətdədir. Fövqəladə Hallar Nazirliyi 51 bina ilə bağlı rəy verib. Bu binalarda hər an təhlükə baş verə bilər. Prezident 51 qəzalı binada yaşayan qaçqın və məcburi köçkünün problemini həll etmək istiqamətində maliyyə naziri və mənə tapşırıq verib. Büdcə müzakirələrdən sonra təkliflər hazırlayacaq və prezidentə təqdim edəcəyik”.

Buna da bax:​ Köçkünlərin müavinətini kəsdilər

İdmana ayrılan pullar və qaçqın və məcburi köçkün problemləri

Ə.Həsənov idmana ayrılan pulların qaçqın və məcburi köçkünlərin probleminə yönəldilməsi barədə təkliflərin əleyhinə çıxıb.

“Azərbaycanda beynəlxalq səviyyəli idman tədbirləri keçirilir və bu sahəyə də mütləq vəsait ayrılmalıdır. Biz qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün istənilən yerdən vəsait tapa bilərik”, o, deyib.

Multimedia

XS
SM
MD
LG