Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:27

Pulu bəlkə köçkünün özünə versinlər?


Zabratda məcburi köçkün uşağı
Zabratda məcburi köçkün uşağı

“Qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdiyi kommunal xərclərə görə vəsait ünvanlı şəkildə onların özlərinə ayrılmalı, onlar da bu vəsaiti xidmət təşkilatlarına ödəməlidirlər".

Bu təklif millət vəkili Çingiz Qənizadənindir.

Azərbaycan prezidentinin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli fərmanına uyğun olaraq qaçqınlara və məcburi köçkünlərə istifadə etdikləri kommunal, nəqliyyat və digər xidmətlərin əvəzində müavinət ödənilməsi qərara alındı. Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqınlara və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”na əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən bu kateqoriyanın istifadə etdiyi kommunal, nəqliyyat və digər xidmətlərin, o cümlədən elektrik enerjisinin dəyəri mərkəzləşdirilmiş qaydada xidmət təşkilatlarına ödənilir.

Nazirlər Kabinetinin Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında 2005-ci il 23 iyun tarixli qərarı ilə elektrik enerjisinin adambaşına müəyyən edilmiş istehlak norması 50k V/saat, 2002-ci il 22 yanvar tarixli qərarına əsasən isə məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin elektrik enerjisi norması adambaşına aylıq 150 kV/saat təsdiq edilib.

Lakin Hesablama Palatası qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən kommunal xərcləri ilə bağlı məsələləri təftiş edərkən böyük çatışmazlıqlar və mənimsəmə faktları aşkarlayıb, limitdən artıq xərclər üzə çıxıb.

Bəlkə bir sıra millət vəkillərinin təklif etdiyi kimi, pulu birbaşa qaçqının, məcburi köçkünün özünə vermək daha yaxşıdır?

Iqtisadçı ekspert Qalib Toğrul bu təklifi doğru hesab etmədiyini bildirir. Ekspert deyir ki,məcburi köçkünlər limitdən artıq işlədəndə digər istehlakçılar kimi cibindən ödəməli olurdu.

Qalib Toğrul
Qalib Toğrul

Amma vəsait onlara birbaşa ödənəndə kommunal xərclərə deyil, başqa istiqamətə yönəldə bilərlər. Bu isə öz növbəsində dövlət qurumlarına problem yarada bilər. Ekspertin fikrincə həmin vəsait dövlət qurumlarına ödənilsə daha yaxşı olar.

Qalib Toğrul bu təklifi doğru hesab etmir
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00
Direct-ə keçid

Ekspert Məhəmməd Talıblı bu təklifin həm müsbət, həm də mənfi olduğunu deyir.

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

İqtisadçının fikrincə, müsbət tərəfi odur ki, bu mümkün qədər korrupsiya hallarının, yeyintinin qarşısını ala bilər.

Ekspert onu da bildirir ki, şəffaflığın olmaması isə məsələnin başqa bir tərəfidir.

Məhəmməd Talıblı:"bu təklifin həm müsbət, həm də mənfi tərəfi var"
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Ekspert Məhərrəm Zülfqarlı isə bu təklifi müsbət qarşılayır. Onun sözlərinə görə, bu, mənimsəmələrin qarşısını ala bilər.

Məhərrəm Zülfuqarlı
Məhərrəm Zülfuqarlı

Amma ekspert onu da bildirir ki, eyni zamanda dövlət siyasətini dəyişməyin tərəfdarıdır.

Onun fikrincə, insanları ələbaxımlı öyrətməkdənsə, onlara şərait yaratmaq lazımdır ki, özləri öz həyatlarını qursunlar.

Məhərrəm Zülfüqarlı: "insanları ələbaxımlı öyrətməkdənsə..."
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG