Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 11:01

'Azerenerji'nin 2.4 milyard manat borcu var


Foto illüstrasiya

«Azərenerji» ASC xarici öhdəliklərini yerinə yetirmək məqsədilə dövlət büdcəsindən lazımi dəstək alacaq».

APA-nın xəbərinə görə, bu barədə «Fitch» reytinq agentliyinin açıqlamasında deyilir.

Agentlik bildirir ki, 2016-2025-ci illər ərzində dövlət şirkəti müvafiq olaraq 172 mln. dollar və 204 mln. avro xarici borcunu ödəməlidir.

«Fitch» qeyd edir ki, vergi öhdəliklərinin yerinə yetirilməsindən ötrü dövlət «Azərenerji» ASC-yə aşağı faiz dərəcəsi ilə 360 mln. manat uzunmüddətli kredit ayırıb.
Azərbaycan hökuməti «Azərenerji» ASC ilə bağlı investisiya proqramının qismən maliyyələşdirilməsindən ötrü 2009-2015-ci illərdə 970 mln. manat yatırım edib.

Agentliyin təqdim etdiyi məlumatlara əsasən, «Azərenerji» hələ də valyuta riskinə məruz qalır: «2015-ci ilin sonuna «Azərenerji» ASC-nin xarici borcu 1.5 mlrd. manatdan 2.4 mlrd. manata yüksəlib. Bunun əsas səbəbi manatın devalvasiyaya uğramasıdır».

XS
SM
MD
LG