Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 19:26

Pirallahı körpüsü açılıb


Foto illüstrasiya

Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsü sürücülərin ixtiyarına verilib. Xəbəri «Azəravtoyol» ASC yayıb.

Xəbərdə qeyd edilir ki, Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən körpünün uzunluğu 422, eni 14, hərəkət hissəsinin eni 12, orta aşırımda dəniz səviyyəsindən hündürlüyü isə 11 metrdir. Körpü 9 aşırımdan ibarətdir.

Ancaq körpünün neçəyə başa gəldiyi açıqlanmır.

Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yol üzərində körpünün tikintisi və sahil bərkitmə işlərinin aparılmasına 2012-ci ilin sentyabr ayında başlanılıb.

XS
SM
MD
LG