Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 11:53

Prezident 12 strateji yol xəritəsini təsdiqlədi


İlham Əliyev sənəd imzalayərkən

Prezident İlham Əliyev dekabrın 6-sı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalayıb.

Sənəddə qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafının dövlətin iqtisadi siyasətinin prioritet istiqaməti olduğu qeyd edilir.

Bu haqda ölkə başçısının rəsmi internet saytı xəbər verir.

Buna da bax:​ Strateji Yol Xəritəsi bu il qəbul ediləcək

Fərmanda son dövrlərdə neft gəlirlərinin kəskin azalmasından, mürəkkəb xarici iqtisadi mühitin ölkənin makroiqtisadi və maliyyə sabitliyinə təsir göstərməsindən bəhs olunur. Qeyd edilir ki, ölkə başçısı 2016-cı ilin martında verdiyi sərəncamla “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ni təsdiqləyib. Həmən sərəncama əsasən yaradılan işçi qrup yerli, xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin iştirakı ilə milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlayıb.

Strateji yol xəritələri 2016-2020-ci illərdən ötrü iqtisadi inkişaf strategiyasını, tədbirlər planını, 2025-ci ilədək olan dövr üzrə uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.

Buna da bax: Azərbaycan BMT ilə tərəfdaşlığı çərçivəyə saldı

Fərmanla 12 strateji yol xəritəsi təsdiqlənib.

İlk hədəflər hansılardır?

İlk sırada Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi gəlir.

Digər strateji yol xəritələri neft, qaz sənayesinin, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlıdır. Bundan başqa, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı da qarşıya əsas məqsəd kimi qoyulub. Habelə, ağır sənayenin, maşınqayırmanın, turizm sənayesinin , ticarətin inkişafı, logistika və uyğun qiymətə mənzil təminatı da əsas hədəflərdəndir.

Buna da bax:​ Ekspert: 'İqtisadi siyasət iflasa uğrayıb'

Peşə təhsili, təlimi, maliyyə xidmətlərinin, kommunal xidmətlərin, telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair də strateji yol xəritələri də təsdiqlənib.

Təsdiq edilən strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti Prezident Administrasiyası həyata keçirməlidir.

XS
SM
MD
LG