Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 02:21

Yollar buz bağlaya bilər


Bakıda qar -2014

Dekabrın 6-sı Bakı və Abşeron yarımadasında yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində yağıntının sulu qara, qara keçəcəyi ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 0-3, gündüz 3-5, Bakıda gecə 1-3, gündüz 3-5 dərəcə isti olacaq.

Dekabrın 6-da Azərbaycanın rayonlarına da qar yağacağı bildirilir. Gecə 0-3, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti təxmin edilir.

Dekabrın 6-da ölkə ərazisində bəzi yolların buz bağlama ehtimalı var.

XS
SM
MD
LG