Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 08:40

30 faiz şagird orta məktəbi tam bitirmir


Məleykə Abbaszadə

«IX sinifdə buraxılış imtahanını verdikdən sonra 30 faiz şagird X-XI sinfə keçmir. Onlar məktəbi atıb, əmək bazarına gedirlər. Peşə məktəblərinə isə cəmi 1-2 faiz şagird gedir».

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, XI sinifdə buraxılış imtahanı verdikdən sonra məzunların cəmi 50 faizi ali təhsil müəssisələrinə ərizə verir. «Yerdə qalan 50 faiz heç ərizə vermir. Onlar da yenə əmək bazarına üz tutur. Ali təhsil müəssisələrinə sənəd verənlərin yalnızı 30-40 faizi qəbul olunur. Ali məktəbə qəbul olmayanlar isə 5 il təkrar sənəd verir. Bunlardan təxminən 5 faizi ali məktəbə qəbul olunur. Biz bu araşdırmaları 24 ildir aparırıq, bu rəqəmlər 1 ilin rəqəmi deyil»,-deyə M.Abbaszadə qeyd edib.

XS
SM
MD
LG