Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 05:10

İlham Əliyev: 'Biz müsəlmanların bir-birini qırmasına laqeyd baxa bilmərik'


İlham Əliyev Naxçıvanda

“Biz fəxr edirik ki, Bakıdan sonra artıq Azərbaycanın ikinci şəhəri Naxçıvan 2018-ci il ərzində ISESCO-nun ona təqdim etdiyi İslam dünyasının mədəniyyət paytaxtı adını şərəflə daşıyacaq. Bu, əlbəttə ki, bizə, fəaliyyətimizə olan hörmətin əlamətidir”.

President.az saytının xəbərinə görə, dekabrın 2-də Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edən ölkə başçısı İlham Əliyev belə deyib.

Buna da bax:​ 2017-ci il 'Türk dünyasının mədəniyyət paytaxtı' bəlli oldu

Qonaqlar dekabrın 1-də Bakıda keçirilən “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransda iştirak edirlər.

İ.Əliyev müsəlman ölkələrindəki durum barədə qonaqlarla müzakirə aparıb.

“Biz müsəlman ölkələrində müsəlmanların bir-birini qırmasına, qardaş qanı axıdılmasına laqeyd baxa bilmərik. Düşünürəm ki, bizim praktiki işlərimizin və rəsmi bəyanatlarımızın nümunəsi hamı üçün yaxşı dərs olmalıdır. Biz öz fəaliyyətimizlə nəinki Qafqaz regionunda münasibətlərimiz çərçivəsində birliyi möhkəmləndiririk, həm də Azərbaycan dünyada bütün müsəlmanların həmrəyliyi üçün böyük işlər görür”, prezident deyib.

Buna da bax:​ Komitə sədri: 'Tolerantlıq dövlət siyasətidir'

İlham Əliyev dini liderlərin fəaliyyətini çox yüksək qiymətləndirdiyini bildirib.

“Sizin fəaliyyətiniz də təhlükəsizliyə, Rusiyanın Qafqaz respublikalarının inkişafına doğru aparır. Biz qonşuyuq, yaxşı qonşuyuq və dostluğumuzu da davam etdirəcəyik”, İ.Əliyev bildirib.

XS
SM
MD
LG