Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:43

Lukashenka Azərbaycana gəlib


Alyaksandr Lukashenka

Belarus prezidenti Alyaksandr Lukashenka noyabrın 28-də Azərbaycana gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Bakı Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

A.Lukashenka-nı hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

İki gün davam edəcək səfərdə A.Lukashenka-nın Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmilərlə görüşü gözlənilir.

Prezidentlərin həm təkbətək, həm də geniş tərkibdə görüşü nəzərdə tutulub.

Multimedia

XS
SM
MD
LG