Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:08

Yeseninin ölümü haqda yeni faktlar - o öldürülmüşdümü?


Rus şairi Serqey Yesenin.
Rus şairi Serqey Yesenin.

Məxfi iş №89: Sergey Yeseninin əslində necə öldürülmüşdü

Peterburqlu yazıçı Nikolay Astafyev 20 illik əməyini kitaba çevirib, kitab böyük rus şairi Sergey Yeseninin faciəvi ölümünün əslində vəhşicəsinə təşkil olunmuş bir qətl olduğunu təsdiqləyən danılmaz faktlardan ibarətdir.

Bu günədək Rusiya ensiklopediyalarında Yeseninin ölümü haqda deyilir ki, o Peterburqda “Anqelter” mehmanxanasında özünü asaraq intihar edib. Lakin, Nikolay Asfyevin bu il çapdan çıxmış kitabı ““Anqelter”də faciə” kitabında müəllif göstərir ki, Yeseninin ölümü haqda sənədlərin çoxu əslində saxtadır. Bütün bunlar böyük rus şairinin öldürülmüş olduğunu deməyimizə əsas verir.

Nikolay Astafyev “Peterburqski dnevnik” qəzetinə deyir ki, “Yeseninin 7 dekabr 1925-ci ildə Peteburqa gəlməsi ilə bağlı guya tanışı Volf Erlixə yolladığı teleqramı əslində saxtadır. Guya Yesenin tanışından ona qalmaq üçün yer tapmasını rica edir. Məsələ ondadır ki, teleqramın blankı o dövrün blanklarına tamamilə uyğun deyil, orda nə teleqramı yollayan adamın, nə də onu yollandığı poçt idarəsinin nömrəsi verilməyib.

Buna da bax: İntihardan keçməyən ədəbiyyatımız

Mən o illərin minlərlə telqrammını tədqiq etdikdən sonra öyrəndim ki, Moskvadan Leninqrada teleqrammın gəlməsi üçün ən azı 2 saat vaxt lazımdır. Ancaq guya Moskvadan Erlixə yollanılan teleqramm 15:02-də yollanılıb 15: 31-də isə Leninqrada çatıb. Bu o dövr üçün rekord sürət idi! Belə bir şey mümkün deyil. Saxta teleqrammı hazırlayanlar, güman ki, ora nə qədər zaman yazacaqlarını düzgün müəyyənləşdirə bilməyiblər.

Həmçinin məlum olub ki, bu teleqramm Moskvadakı poçt idarəsindən deyil, Leninqradın bir poçt şöbəsindən o birinə yollanılıb”.

Sergey Yesenin
Sergey Yesenin

Astafyevin sözlərinə görə Yeseninin Erlixə yazdığı “ismarıc” da əslində saxtadır. Guya Yesenin yazır: “Vova, əşyalarımı götür gətir mehmanxanaya...” İsmarıcdakı xəttə baxanda hətta bu sahədə mütəxəssiz olmayan adam da xəttin başqasına aid olduğunu başa düşə bilər.Məqsəd odur ki, Yeseninin Leninqrada “dostu” Erlixin yanına gələrək öz arzusu ilə “Angelter” mehmanxanasında qaldığı sübut olunsun. Volf Erlixin polisin protokolunda toxunduğu guya Yeseninin öz əl yazısı ilə yazdığı ismarıca toxunulsa da, Erlixin sonrakı xatirələrində bundan danışılmır və başqa bir ismarıcdan danışılır ki, o ismarıcda isə restorandan bəhs olunur.

Yeseninin ölümünün intihar olması haqda sübutlardan biri, o olduğu otağın qapısının içəridən kilidli olması da saxta sübutdur. Çünki sonradan aydın olub ki, Yeseninin olduğu otağın eyvan qapısının cəftəsi qırılmışdı və cinayətkarlar burdan içəri grib şairi öldürərək, ölümü intihar kimi qələmə verə bilərdilər.

Yeseninin damarını kəsərək ölümqabağı şeir yazması da yalandır. Çünki bu haqda polis protokollarında yoxdur. Bu mifi sovet qəzetçiləri düzəltmişdilər.

Nikolay Astafyev qeyd edir ki, Rusiyanın əsas Yeseninşünaslarından olan Yuriy Prokuşevin arxivində çoxlu qiymətli sənədlər, həmçinin şairin gündəliyi saxlanılır, ancaq heç kim, heç vaxt o sənədləri görməyib. Heç bir mütəxəssisin o sənədlərə çıxışı olmayıb.

Buna da bax: Ürəyinin üstünə yastıq qoyub atəş açır...

Yazıçının bütün bu faktları bir yerə toplayanda Yeseninin öldürülməsinə heç bir şübhə qalmadığını deyir.

“23.01.1926-cı ildə xalq təhqiqatçısı D. İ. Brodskinin Yeseninin ölümünü inthar hesab edərək bağladığı 89 saylı cinayət işini yenidən araşdırmaq vaxtı gəlib. Şairin ölümü yenidən hüquqi çərçivədə, obyektiv şəkildə araşdırılmalıdır”. – Astafyev deyir.

Həmçinin yazıçının fikrincə Yesenin çoxlarının dediyi kimi heç də manyakal depressiyadan əziyyət çəkməyib. O daim diqqətini işə toplayır, dostlarına şeirlər oxuyur, yeni dərgilər haqda danışırdı. 1925-ci ildə onun çapdan çıxmış səkkiz kitabı əsasında əsərlərinin tam toplusu şairin öz tərəfindən çapa hazırlanmışdı, hətta dövlət nəşriyyatı tərəfindən qonorar ödənməsi ilə bağlı ilkin müqavilə də imzalanmışdı.

Sergey Yesenin dostu Volf Erlixlə birlikdə tələbələrin əhatəsində.
Sergey Yesenin dostu Volf Erlixlə birlikdə tələbələrin əhatəsində.

Yeseninin intiharı versiyasının tərəfdarları onun Moskvada psixi klinikada yatması faktını irəli sürürlər. Əslində isə Yesenin klinikaya heç də sağlamlığının pozulmasına görə yox, həbsdən qorunmaq üçün salınmışdı. Belə ki, o Bakıdan Moskvaya gedərkən sovet dövlət xadimi Lev Kamenevin diplomatik kuryerləri Alfred Roqla Yuri Levitlə necəsə qarılaşmış və onlarla mübahisə zamanı onları söymüşdür. Roq və Levit isə Moskvaya gələn kimi şairi məhkəməyə vermişdi. Şairin bacıları Katya və Şura isə onu Moskva Universitetinin psxitrik klinikasına salaraq həbsdən qorumuşdular.

Rus ensklopediyalarında göstərilir ki, Yeseninin ölümündən sonra bir neçə onillik ərzində heç kim onu ölümü haqda danışmır. Əslində isə Yesenin öləndən dərhal sonra bu haqda çoxlu danışılmağa başladı. Rəssam Vasiliy Svaroq Yesenin öləndən dərhal sonra onun ölü bədəninin qrimsiz şəklini çəkib. O 1927-ci ildə deyirdi: “Məncə bu Erlix gecə ona nəsə içirtmişdi, ola bilsin zəhər deyildi, ancaq nəsə güclü bir yuxugətirici idi. Hələ Erlix gedəndə öz portfelini Yeseninin otağında unutmuşdu. Özü də evinə yatmağa getməmişdi. O ətrafda fırlanıb öz vaxtını gözləyirdi. Yesenini burnunun üstündə naqan tapancasının qundağı ilə vurmuşdular. Sonra onu xalçaya büküb eyvandan aşağı atmaq istəyiblər, döngədə maşın gözləyirdi. Belə onu asanlıqla oğurlaya bilərdilər. Ancaq eyvanın qapısı tam açılmadığı üçün cəsədi bir müddət soyuqda saxlayıblar. Bundan sonra evdə içib, siqaret çəkiblər və bütün zibillərini ordaca qoyublar. Artıq gecənin ortasında cəsədi tələsik asıblar. Çıxıb getdikdən sonra isə cəsədin yanında təkcə Erlix qalıb və elə o da qətlə intihar görüntüsü vermək üçün nələrsə düşünüb”.

Buna da bax: Yesenin Bakıda - Təfsilatı ilə yeni kitabda

Daha bir qəribə iddia isə peterbuqlu yazıçı V. Kuzneçovdan gəlib. O “Anqlter” mehmanxanasını araşdırarkən öyrənib ki, Yesenin ümumiyyətlə heç vaxt orda nömrə tutmayıb! Şairin soyadı o özünü mərkəzi qızdırıcı sisteminin borusundan asdığı ərəfədə bu mehmanxanada yaşayanlar arasında olmayıb. Sovet dönəmində yaşayanlar bu mehmanxanada qalmağın nə qədər çətin olduğunu bilər. Ora daxil olan hər kəsin pasport məlumatları qeyd olunurdu və təhlükəsizlik orqanları həmin adamları ciddi izəyirdi.

Mehmanxanın əməkdaşlarından ya da o dövr orda yaşayan qonaqlardan heç biri orda Yesenini görmədiyini deyib. Ancaq Yesenin ölümü ilə bağlı şahid qismində iştirak edənlər, həmçinin elə Erlix özü də “Dövlər Siyasi İdarə”sinin gizli agentləri olub.

Sergey Yeseninin dəfni, 1925-ci il.
Sergey Yeseninin dəfni, 1925-ci il.

Yazıçı Kuzneçovun sözlərinə görə Yesenin Leninqrada gələn kimi dərhal həbs olunub və o zaman “DSİ”nin Leninqraddakı idarəsi Mayorova küçəsi 8/23-ə gətiriblər. Orda onu dindiriblər. Əməliyyatı çekist Yakov Blyumkin yerinə yetirib. Görünün davalara vərdiş etmiş Yesenen Blyumkini itələyib o siə yıxılıb. Elə o dəmdə Blyumkin atəş açıb. Yeseninin ölümündən sonra çəkilmiş fotosunda güllə yarası açıqca görünür, həmçinin onun burnunun üstündən tapancanın qundağı ilə vurulmuşzərbənin yeri də görünür. Bundan sonra qətli intihar kimi göstərmək üçün cəsədi o zaman “DSİ” idarəsinin düz üzbəüzündə olan “Anqelter” mehmanxananasına gətiriblər. Cəsəd heç kimin yaşamadığı bir otağa gətirilib və orda asılıb...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG